“Barselona” Salahın transferi üçün hərəkətə keçdi

14 Mart 2022 21:40 İspaniya 1 152
“Barselona” Salahın transferi üçün hərəkətə keçdi

Məhəmməd Salah karyerasını "Barselona"da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, kataloniyalılar hücum xəttini gücləndirmək istəyirlər.

Onlar üçün "Borussiya”nın hücumçusu Erlinq Holandın transferi prioritet hədəfi olaraq qalır.

Amma digər top-klublar da norveçliyə iddialıdırlar ki, bu da “Barsa”nın işini çətinləşdirir. İspaniya nəhəngi bu amili düşünərək alternativ variant kimi Məhəmməd Salahın transferini planlaşdır.

Misirlinin klassik doqquz nömrə olmamasına baxmayaraq, "Barsa"nın baş məşqçisi Xavi və klub rəhbərliyi onu funksionallığına görə qiymətləndirir və hesab edirlər ki, Salah mövsümdə 30 qol vura bilər.

Üstəlik, 29 yaşlı futbolçunun transferi Holandın keçidindən daha ucuz başa gələcək.

"Barselona" artıq Salahın nümayəndələri ilə əlaqə saxlayıb və söhbətin müsbət macərada getdiyi bildirilir. Məlumata görə, Məhəmməd də klubu dəyişməkdə maraqlıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR