“Barselona” Primeranın 28-ci turunda “Osasuna”ya qalib gəlib – 4:0.
Sportinfo.az xəbər verir ki, “Barsa”nın qollarından birini Piki Puç vurub.
Bu da tarixi nəticəni reallaşdırıb. Məsələ burasındadır ki, Piki cari mövsümdə “Barsa”nın heyətində qol vuran 22-ci futbolçu olub.
“Barsa” bununla XXI əsrin rekordunu müəyyənləşdirib. 2019/2020-ci il mövsümündə “Real”ın heyətində 21 futbolçu fərqlənmişdi.
27 turdan sonra "Barselona" 51 xal toplayaraq turnir cədvəlində üçüncü yerdədir. Komanda lider "Real”dan 12 xal geri qalır.
Növbəti turda “Barsa” “Real”la qarşılaşacaq. Oyun martın 20-də Madriddə baş tutacaq.

