Lionel Messi “Barselona”ya qayıtmaq niyyətindədir.
Sportinfo.az xəbər verir ki, artıq bununla bağlı tərəflər arasında müzakirələr aparıldığı bildirilir.
Futbolçunun atası şərtləri müzakirə etmək üçün “Barsa” rəhbərliyi ilə əlaqə saxlayıb.
Messi PSJ-də öz oyununu nümayiş etdirə bilmir. Argentinalı mətbuatda mütəmadi tənqid olunur.
O, bu tənqidlərə görə bir neçə dəfə narazılığını bildirib. Azarkeşlər isə Neymarla Messini “Bordo” ilə qarşılaşmada fitə basıblar.
Bildirilir ki, bütün bu olaylar vadar edib ki, Messi “Barsa”ya qayıtmaq variantına ciddi yanaşsın.
Leo 2000-ci ildən 2021-ci ilə kimi “Barselona” sistemində olub. 2021-ci ilin yayında müqaviləsi başa çatdıqdan sonra PSJ-yə keçib.

