“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa komandanın hücumçusu Kərim Benzema haqda fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, Kamavinqa Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyununda (3:1) het-trik edən fransalı futbolçunun ünvanına tərif yağdırıb:
“O, liderdir, kapitandır, bizə yol göstərir. Benzema PSJ ilə matçda bunu sübut etdi. O, üç qol vuraraq bizi xilas etdi.
Şadam ki, Kərimin sayəsində üç qol vurduq. Bəziləri bizim işimizin bitdiyinə inanırdı. Amma həmişə qələbəyə inanmalısız və biz çox xoşbəxtik”.

