Kərim Benzema PSJ ilə qarşılaşmada het-trik etdikdən sonra mütəxəssislər onun ünvanına tərif söyləyirlər.
Sportinfo.az xəbər verir ki, Kərimin perfonmansına “Real”ın əzəli rəqibi “Barselona”nın da futbolçuları biganə qalmayıb.
“Barsa”nın braziliyalı legioneri Dani Alveş “İnstaqram” səhifəsində belə yazıb:
“Onun “Real”lı olması məni qətiyyən maraqlandırmır. Benzema necə möhtəşəm futbolçudur! Bu oyunu sevirəm”.
“Real” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında PSJ-yə 3:1 hesabı ilə qalib gəlib və növbəti mərhələyə adlayıb.
İlk oyun isə Paris təmsilçisinin qələbəsi ilə yekunlaşmışdı - 1:0.

