“Real”ın futbolçusu Eden Hazardın qardaşı Kilian açıqlama verib.
Sportinfo.az xəbər verir ki, Kilian qardaşının “Real”dan ayrılmaq ehtimalının az olduğunu deyib:
“Eden Hazard indi olduğu yerdə xoşbəxtdir. Ailəsi də hər şeydən razıdır. Onun “Real”la 2024-cü ilə qədər müqaviləsi var. Düşünürəm ki, bu müddətin sonuna qədər klubda qalacaq”.

