“Xavi ilə hər şey daha yaxşıdır” – “Barsa”lı Serxi Roberto

7 Mart 2022 15:20 İspaniya 794
“Xavi ilə hər şey daha yaxşıdır” – “Barsa”lı  Serxi Roberto

“Barselona”nın yarımmüdafiəçisi Serxi Roberto baş məşqçi Xavinin rəhbərliyi altında komandada nələrin dəyişdiyini deyib.

Sportinfo.az xəbər verir ki, ispan futbolçu komandada hər şeyin yaxşılığa doğru dəyişdiyini bildirib:

“Xavi ilə hər şey daha yaxşıdır. Həm meydanda, həm də paltardəyişmə otağında ab-hava yaxşılaşıb.

Hamı hiss edir ki, işlər düzgün istiqamətdə gedir. Xavinin sisteminə uyğunlaşmaq üçün bir az vaxt lazım oldu.

Amma biz mövsümü ən yaxşı şəkildə başa vurmaq istəyirik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti