“Barselona” yeni futbolçu transfer etdi – 100 milyon avro qiymət qoydu

6 Mart 2022 00:10 İspaniya 981
“Barselona” yeni futbolçu transfer etdi – 100 milyon avro qiymət qoydu

“Barselona” “Rasinq”in yarımmüdafiəçisi Pablo Torrenin transferi ilə bağlı razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi bu mövsüm hazırkı klubunda çıxış edəcək, yayda isə “Barselona”ya qoşulacaq.

Onun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub. Torrenin sərbəstqalma qiyməti 100 milyon avro məbləğində müəyyənləşdirilib.

“Barselona” Torre üçün 5 milyon avro ödəyəcək. Bu məbləğ bonuslar hesabına 20 milyon avroya qədər arta bilər.

Torre əvvəlcə “Barselona”nın B komandasında çıxış edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti