Rusiyaya qarşı sanksiyaların “Real”ın stadionu ilə nə əlaqəsi?

4 Mart 2022 12:20 İspaniya 2 994
Rusiyaya qarşı sanksiyaların “Real”ın stadionu ilə nə əlaqəsi?

Rusiyaya qarşı sanksiyalar “Real”ın stadionunun yenidən qurulmasının ləngiməsinə səbəb ola bilər.

Sportnfo.az xəbər verir ki, arenanın fasadı Rusiyadan İspaniyaya gətirilən paslanmayan polad lövhələrlə üzlənib.

Rusiya Federasiyasına qarşı sanksiyalar ölkələr arasında konteyner daşımalarını dayandırıb. Buna görə də, lazım olan materialı gətirmək müşkülə çevrilib.

“Real” rəhbərliyi sanksiyaların tezliklə aradan qaldırılacağına ümid edir. Əks-təqdirdə lazım olan məhsul başqa ölkədə axtarılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti