Agenti “Real”ın ofisində - “Barsa”nın vunderkindinin

1 Mart 2022 12:00 İspaniya 814
Agenti “Real”ın ofisində - “Barsa”nın vunderkindinin

"Barselona"nın yarımmüdafiəçisi Qavi İvan de la Penyanın agenti "Real”ın ofisində görünüb.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Marca” yayıb.

17 yaşlı ispan futbolçunun “Barsa” ilə müqaviləsi gələn mövsümün sonunda başa çatır. Hazırda onun yenilənməsi üçün heç bir ilkin şərt yoxdur.

Qavi bu mövsüm La Liqada 21 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” onun bazar dəyərini 40 milyon avro qiymətləndirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti