“Möhtəşəmdir! Mən onun kimi istedad görməmişəm”

28 Fevral 2022 21:40 İspaniya 818
“Möhtəşəmdir! Mən onun kimi istedad görməmişəm”

“Barselona”nı baş məşqçisi Xavi “Atletik”lə qarşılaşmadan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Xavi komandanın yarımmüdafiəçisi Pedrini tərifləyib.

O, 19 yaşlı xavbekin İnyestaya bənzədiyini vurğulayıb:

“Pedri? Onun əsas xüsusiyyəti oyunu necə başa düşməsi, mövqelər arasında hərəkət etməsidir. O, mənə Andres İnyestanı xatırladır. Pedri möhtəşəmdir. Mən onun kimi istedad görməmişəm”.

Pedri bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 13 oyuna çıxıb, 2 qol vurub və bir məhsuldar ötürmə edib.

Onun transfer qiyməti 80 milyon avro qiymətləndirilir. Müqaviləsi isə 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti