“Real”da oynamaq üçün hər şey hazır idi, darıxdım” – Neymar

27 Fevral 2022 22:00 İspaniya 864
“Real”da oynamaq üçün hər şey hazır idi, darıxdım” – Neymar

Braziliya millisinin və PSJ-nin hücumçusu Neymar kiçik yaşlarında “Real”dan təklif alıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı ulduz 10 yaşı olarkən “Real”dan dəvət aldığını bildirib:

“10 yaşım olanda “Real” məni baxışa dəvət etdi. Həyəcanlanmışdım, çox sevinirdim. Özümü sınamaq üçün bir həftə orada qaldım.

Bu, dörd-beş gün davam etdi. Beşinci gün məni Barselonadakı turnirə aparmaq istədilər, amma getmədim.

Ev üçün çox darıxmışdım və evə getmək istəyirdim. “Real”da oynamaq üçün hər şey hazır idi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti