“Barselona”nın prezidenti məşhur menecerlə görüşdü – Bu ulduza görə

26 Fevral 2022 15:20 İspaniya 856
“Barselona”nın prezidenti məşhur menecerlə görüşdü – Bu ulduza görə

“Barselona”nın prezidenti Xuan Laporta və futbol meneceri Mino Raiola Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın mümkün transferini müzakirə edib.

Sportinfo.az xəbər verir ki, Laportanın Halandın meneceri Rayola ilə görüşü fevralın 16-da, Monakoda baş tutub.

Klub prezidenti ilə tanınmış menecer digər məsələlərlə yanaşı, norveçli forvardın mümkün transferini müzakirə edib.

Görüşdə “Barselona”nın beynəlxalq məsələlər üzrə sektorunun direktoru Jordi Kroyff da iştirak edib.

“Barselona” bu ilin yayında Halandı transfer etmək istəyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti