"Barselona"nın baş məşqçisi Xavi Avropa Liqasının 1/16 final mərhələsində "Napoli" ilə cavab oyunundan (4:2) sonra fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, mütəxəssis komandanın yarımmüdafiəçi Frenk de Yonqu tərifləyib:
“Dahi! O, həqiqətən də möhtəşəmdir”.
24 yaşlı de Yonq komandasının ikinci qolunun müəllifi olub. İlk oyunda neapollularla heç-heçə edən (1:1) "Barselona" iki görüşün yekununa görə 1/8 finala yüksəlib.
De Yonq bu mövsüm bütün turnirlərdə 31 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.

