"Barselona"nın hücumçusu Usman Dembele klubu tərk etməyə bilər.
Sportinfo.az xəbər verir ki, Dembele Xavinin ona güvənməsindən sonra fikrini dəyişib və karyerasını “Barsa”da davam etdirməyə hazırdır.
Eyni zamanda, "Barselona" rəhbərliyi Dembele ilə müqaviləni razılaşdıra biləcəklərinə inanmır. Lakin o da bildirilir ki, futbolçu güzəştə gedəcəyi təqdirdə, rəhbərlik danışıqlar aparmağa hazırdır.
Çünki “Barsa” rəsmiləri Dembeleyə qışda təklif etdikləri şərtləri indi təklif etməyə hazır deyillər.
Dembelenin "Barselona" ilə müqaviləsi bu ilin yayında başa çatır. Daha əvvəl fransalı kataloniyalılarla müqaviləni yeniləməkdən imtina etmişdi.

