“Real” və “Barselona” arasında növbəti “el klasiko”nun vaxtı

24 Fevral 2022 01:40 İspaniya 904
“Real” və “Barselona” arasında növbəti “el klasiko”nun vaxtı

“Real” və “Barselona” arasında keçiriləcək növbəti “el klasiko”nun vaxtı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, əzəli rəqiblər martın 20-də üz-üzə gələcək. Madriddəki “Santyaqo Bernabeu” stadionunda baş tutacaq oyun 29-cu tura təsadüf edəcək.

Bu iki komanda arasında cari mövsümün ilk hissəsində baş tutmuş görüş Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

25 turdan sonra “Real” 57 xalla liderdir, 24 oyun keçirmiş “Barselona” isə 42 xalla dördüncüdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti