Sportinfo.az xəbər verir ki, "Atletiko”nun prezidenti Enrike Serezo klub rəhbərliyinin yeni baş məşqçi axtarışı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İspaniya mətbuatında yayılan xəbərlərdə bildirilirdi ki, Dieqo Simeone istefaya göndəriləcək.
Prezident bu məlumatı təkzib edib:
“Simeone klubumuzun vacib hissəsidir. Onun komandanı tərk edə biləcəyi ilə bağlı heç vaxt fikrimiz olmayıb. Onun yerinə adam axtarmaq vicdansızlıq olardı”.
“Atletiko” La Liqanın cari mövsümündə keçirdiyi 25 matçda 42 xal toplayıb. Madrid klubu turnir cədvəlində beşinci yerdədir.

