Nə günə qaldın “Barsa”? – Bu müdafiəçi də “yox” dedi 

22 Fevral 2022 15:40 İspaniya 1 319
Nə günə qaldın “Barsa”? – Bu müdafiəçi də “yox” dedi 

"Sevilya"nın müdafiəçisi Jül Kunde gələcək karyerası ilə bağlı qəti qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi ilə "Barselona" və "Çelsi" ciddi maraqlanırdı.

Ancaq o, “Barsa”ya “yox” cavabı verib. Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

23 yaşlı Kunde "Sevilya"ya 2019-cu ilin yayında "Bordo"dan 25 milyon avroya keçib. Bu mövsüm İspaniya çempionatının 20 matçında 1 məhsuldar ötürmə edib.

O, ölkə kubokunun üç oyununda da 1 qol vurub. Futbolçunun"Sevilya" ilə müqaviləsi 2024-cü ildə başa çatır. “Transfermarkt” portalı oyunçunun bazar dəyərini 60 milyon avro qiymətləndirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti