Hamı istəyir ki, onunla uzunmüddətli müqavilə bağlansın – “Real”da

22 Fevral 2022 15:20 İspaniya 698
Hamı istəyir ki, onunla uzunmüddətli müqavilə bağlansın – “Real”da

“Real” braziliyalı hücumçusu Vinisius Juniora yeni müqavilə təklif etməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Madrid klubunda hər kəs, o cümlədən, komandanın prezidenti Florentino Peres də braziliyalı futbolçu ilə uzunmüddətli müqavilə bağlanmasının tərəfdarıdır.

Onunla 5 illik müqavilə bağlanacağı güman olunur.

21 yaşlı Vinisius “Real”a 2018-ci ilin yayında 45 milyon avroya "Flamenqo"dan keçib. Hücumçu bu mövsüm La Liqada 23 oyununda 13 qol vurub və 6 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti