"Barselona"nın baş məşqçisi Xavi yarımmüdafiəçi Pedri haqda danışıb.
Sportinfo.az xəbər verir ki, mütəxəssis gənc oyunçunun böyük potensiala sahib olduğunu bildirib:
“Dünyada Pedridən böyük istedad yoxdur. O, əladır. Baxmayaraq ki, 19 yaşı var, öz mövqeyində ən yaxşıdır. Mən buna əminəm”.
Pedri bu mövsüm bütün yarışlarda 11 oyuna çıxıb və 3 qol vurub. Onu müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

