Qaret Beyl “Real”dan gedir – Ya İngiltərəyə, ya da... 

21 Fevral 2022 21:40 İspaniya 925
Qaret Beyl “Real”dan gedir – Ya İngiltərəyə, ya da... 

Qaret Beyl yayda "Real”ı tərk edəcək.

Sportinfo.az xəbər verir ki, uelsli İspaniya klubundan azad agent kimi ayrılmaq qərarına gəlib.

Ona artıq Premyer Liqa və MLS klubları maraq göstərir.

32 yaşlı Beylin ispan klubu ilə müqaviləsi bu mövsümün sonunda başa çatır. O, cari mövsümdə İspaniya La Liqasında dörd oyunda bir qol vurub.

Qaret daha əvvəl bildirmişdi ki, karyerasını “Tottenhem”də başa vurmaq niyyətindədir.

Beyl 2007-2013-cü illərdə “Tottenhem”də çıxış edib. O, ötən mövsümü də icarə əsasında London klubunda keçirib.

Ümumilikdə, Qaret İngiltərədə 237 oyun keçirib, 72 qol vurub və 61 məhsuldar ötürmə verib. Beylin bazar dəyəri 5 milyon avro qiymətləndirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti