Luis Suaresi ABŞ və Braziliya klubları istəyir – Amma “Atletiko” da...

21 Fevral 2022 18:20 İspaniya 722
Luis Suaresi ABŞ və Braziliya klubları istəyir – Amma “Atletiko” da...

"Atletiko”nun hücumçusu Luis Suares yayda komandasını dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı uruqvaylının xidmətində MLS və Braziliya klubları maraqlıdır.

Ancaq “Atletiko” da Suaresi saxlamaq niyyətindədir. Məlumata görə, hücumçuya yeni müqavilə təklif olunacaq.

Suares “Atletiko”da 2020-ci ildən çıxış edir. O, "Barselona"dan 7 milyon avroya transfer olunub. Bu mövsüm uruqvaylı hücumçu bütün turnirlərdə 33 matçda 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Transfermarkt” Suaresin bazar dəyərini 10 milyon avro qiymətləndirir. Onun İspaniya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti