"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets komandanın yeni hücumçusu Pyer-Emerik Obameyanq haqda fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, Buskets Obameyanqın keçidinin “Barsa” üçün hədiyyə olduğunu bildirib:
“O, çox çalışır. Obameyanqa oyun praktikası lazımdır və hazırda onu əldə edir.
Ümid edirəm ki, bizə çox köməyi dəyəcək, çünki əla oyunçudur. Onun bizə azad agent kimi gəlməsi bir hədiyyədir”.
Obameyanq fevralın 2-də "Barselona" ilə müqavilə imzalayıb. O, "Arsenal" müqaviləni qarşılıqlı razılıq əsasında pozub. Buna görə də, hücumçu “Barselona”ya azad agent kimi keçib.
İspaniya çempionatının 25-ci turunda “Valensiya” ilə qarşılaşıb. 4:1 hesabı ilə kataloniyalıların xeyrinə başa çatan görüşdə Obameyanq het-trik edib.

