Simeone “Atletiko”dan qovulur?

18 Fevral 2022 18:40 İspaniya 786
Simeone “Atletiko”dan qovulur?

Deyəsən, “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin də işini itirmək təhlükəsi var.

Sportinfo.az xəbər verir ki, “Atletiko”nun son zamanlar uğursuz çıxış etməsi Dieqonun istefasını aktuallaşdırıb.

İspaniya mətbuatı iddia edir ki, nəticələrdən narazı qalan rəhbərlik argentinalı mütəxəssisin yerinə kadr axtarışına başlayıb.

Məlumata görə, artıq bir neçə mütəxəssis “Atletiko”ya öz xidmətlərini təklif edib. Onlarla danışıqların mövsümün sonunda başlaya biləcəyi də vurğulanır.

Madrid təmsilçisi cari mövsüm La Liqada uğursuz çıxış edir. Son çempion hazırda 39 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

2011-ci ildən "Atletiko"ya başçılıq edən Dieqo Simeone bu komanda ilə 2 dəfə İspaniya çempionatının, UEFA Avropa Liqasının və UEFA Super Kubokunun, 1 dəfə isə Kral Kubokunun qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti