"Barselona"nın baş məşqçisi Xavi Kataloniya klubunu çalışdırdığı 100-cü gününü şərh edib.
Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis "Mundo Deportivo"ya açıqlamasında deyib:
“Sanki 100 il keçdi, çünki gözlənilməz hallar, koronavirus, qış transfer pəncərəsi oldu. "Barselona"nı layiq olduğu yerə qaytarmağa çalışıram.
Daha çox işimiz var. Klub üçün maliyyə baxımından ən yaxşı vaxt deyil, amma düşünürəm ki, bu, bizi fərdi olaraq inkişaf etdirir.
La Liqada daha yüksək mövqelərə yüksəlirik, bu o deməkdir ki, düzgün yoldayıq və nəticələr bundan danışır".
Kataloniya klubu La Liqada 39 xalla 4-cü pillədə qərarlaşıb.

