"Barselona"nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta Kataloniya klubuna qayıtmaq istədiyini bildirib.
Sportinfo.az xəbər verir ki, hazırda Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən İnyesta məşqçi karyerasına başlamaq niyyətinin olduğunu da vurğulayıb:
“Barselona”ya qayıtmaq istərdim. Mən hələ də futbolda olmaqdan və bu haqda düşünməkdən həzz alıram. Məni ən çox həyəcanlandıran da budur.
Çox vaxt hiss edirəm ki, məşqçi və ya idman direktoru olmaq istəyirəm. Gələcəyimin futbolla bağlı olmasını planlaşdırıram”.
İnyesta “Vissel Kobe”də 2018-ci ildən oynayır. O, komandaya azad agent kimi qoşulub. Ona qədər isə bütün peşəkar karyerasını “Barselona”da keçirib və bu komandada 32 titul qazanıb.

