"O, Bugünə kimi heç kimə hörmətsizlik etməyib"

16 Fevral 2022 00:10 İspaniya 1 147
"O, Bugünə kimi heç kimə hörmətsizlik etməyib"

“Real”ın baş məşqçisi Karlo Ançelotti uelsli futbolçu Qaret Beylin cari mövsümün sonunda Madrid klubundan ayrılacağını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis Çempionlar Liqasının 1/8 finalında PSJ ilə ilk oyundan əvvəl açıqlama verib:

“Beylin “Real”la müqaviləsini yaxşı şəkildə başa çatdırması lazımdır. Mükəmməl motivasiyada olmasa da, hörmətə layiqdir.

O, çox yaxşı peşəkardır. Bu günə kimi heç kimə hörmətsizlik etməyib. Bizimlə birgə bir çox uğura nail olub”.

Beylin “Real”la müqaviləsi iyun ayında başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti