"Real" 2 qolla İspaniya Super Kubokunun 12 qat qalibi oldu - VİDEO

17 Yanvar 2022 01:30 İspaniya 507
"Real" 2 qolla İspaniya Super Kubokunun 12 qat qalibi oldu - VİDEO

İspaniya Super Kubokunda final oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, həlledici görüşdə "Real Madrid" və Bilbao "Atletik"i üz-üzə gəlib.

Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyaddakı "Kral Fəhd" stadionunda təşkil olunmuş qarşılaşma Madrid komandasının qələbəsi ilə yekunlaşıb - 2:0.

Hesabı 38-ci dəqiqədə Luka Modriç açıb. 52-ci dəqiqədə isə Kərim Benzema penaltini dəqiq yerinə yetirib.

87-ci dəqiqədə "kral klubu" Eder Militaonun meydandan qovulması səbəbindən azlıqda qalıb. Lakin "Atletik" say üstünlüyündən yararlana bilməyib.

Bununla da "Real Madrid" tarixində 12-ci dəfə İspaniya Super Kubokuna sahib olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”