Kubok oyunu yarımçıq dayandırıldı - İspaniyada insident

16 Yanvar 2022 21:40 İspaniya 688
Kubok oyunu yarımçıq dayandırıldı - İspaniyada insident

"Betis" və "Sevilya" arasında İspaniya Kubokunun 1/8 final matçı yarımçıq dayandırılıb.

Sportinfo.az xəbər verir ki, buna yerlli azarkeşlərin hərəkəti səbəb olub.

İlk hissənin sonunda fanatların meydançaya atdığı yad əşyalardan biri qonaqların futbolçusu Joan Jordanın başına dəyib. Həkimlər dərhal 28 yaşlı yarımmüdafiəçiyə tibbi yardım göstəriblər.

Baş hakim isə görüşü saxlayaraq, komandaları paltardəyişmə otağına göndərib. Bu zaman hesab 1:1 olub.

Daha sonra İspaniya Futbol Federasiyası qarşılaşmanın təxirə salındığını açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti