Məşq həvəsimi öldürüb: "O, mənimlə kəlmə də kəsmirdi"

14 Yanvar 2022 18:40 İspaniya 792
Məşq həvəsimi öldürüb:

Müqavilə ilə “Barselona”ya məxsus olan, icarə əsasında “Qranada”da çıxış edən Aleks Kolyado Kumanın komandaya başlıq etdiyi dövrdən danışıb.

Sportinfo.az xəbər verir ki, Aleks “Barselona B” komandasında parlasa da, Kuman ona oynamaq şansı verməyib.

O, niderlandlı mütəxəssisi belə xarakterizə edib:

“Hər bir məşqçinin öz baxışı var. Komandamda səviyyəni göstərdim. Şans verməmək onun qərarıdır.

Bəlkə də nəyisə bəyənmədi. Özümdə nəyin çatışmadığını müəyyənləşdirə bilmədim. Kuman mənim məşq etmək həvəsimi öldürdü.

Təfərrüata çox da varmaq istəmirəm. O, mənimlə kəlmə də kəsmirdi.

Amma buna baxmayaraq, “Barselona” həyatımın klubu olaraq qalacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"