“Barselona” Çin klubu ilə danışıqlara başladı - Oskar üçün

13 Yanvar 2022 10:20 İspaniya 1 003
“Barselona” Çin klubu ilə danışıqlara başladı - Oskar üçün

“Barselona” klubu Çin təmsilçisi “Şanxay Port”da çıxış edən Oskarı transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi 30 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir.

“Barselona” Oskar üçün Çin klubu ilə danışıqlara başlayıb.

Braziliyalı futbolçu da Avropaya qayıtmağa və “Barselona”da çıxış etməyə müsbət yanaşır.

Daha əvvəl Braziliyada “San Paulo”, “İnternasional”, İngiltərədə “Çelsi”də çıxış edən Oskar 2017-ci ilin yanvarından “Şanxay Port”un uğurları üçün çalışır.

Yarımmüdafiəçi Çin klubu ilə 170 oyunda 50 qol vurub, 93 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı