“Real”la 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayacaq

13 Yanvar 2022 00:20 İspaniya 308
“Real”la 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayacaq

“Real” Luka Modriçin müqaviləsinin müddətini artıracaq.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi yeni müqavilə şərtlərində xorvatiyalı yarımmüdafiəçi ilə razılığa gəlib.

Bu barədə AS nəşri məlumat yayıb.

Modriç “Real”la müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayacaq. O, yeni sözləşmə ilə hazırkı maaşından 10 faiz daha az qazanacaq.

36 yaşlı futbolçu 2012-ci ilin yayından “Real”da çıxış edir. O, bu mövsüm 20 oyunda 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti