“Barselona” ilə La Liqa matçına çıxan ən yaşlı futbolçu - FOTO

10 Yanvar 2022 00:20 İspaniya 463
“Barselona” ilə La Liqa matçına çıxan ən yaşlı futbolçu - FOTO

“Barselona” İspaniya Primerosunun 20-ci turunda “Qranada”nın qonağı olub.

Sportinfo.az xəbər verir ki, matç (1:1) Kataloniya klubunun müdafiəçisi Dani Alveş yaddaqalan göstəriciyə imza atıb.

Belə ki, braziliyalı “Barselona” ilə La Liqa matçına çıxan ən yaşlı futbolçu olub.

O, bu göstəriciyə 38 yaş 247 günlüyündə nail olub.

​Bundan əvvəlki rekord keçmiş qapıçı Xose Pintoya aid idi. Pinto Kataloniya təmsilçisi ilə 38 yaş 190 günlüyündə La Liqada matça çıxmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"