"Barselona" 17 yaşlı istedadı transfer etdi, 100 milyon qiymət qoydu

9 Yanvar 2022 01:40 İspaniya 903
"Barselona" 17 yaşlı istedadı transfer etdi, 100 milyon qiymət qoydu

"Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Almaniyadan - "Ayntraxt"dan yarımmüdafiəçi Fabio Blankonu rənglərinə bağlayıb.

17 yaşlı vingerlə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Gənc oyunçunun sərbəst qalma məbləği 100 milyon avro təyin olunub.

İspaniyalı futbolçu "Barselona"nın B komandasında çıxış edəcək.

Fabio Blanko cari mövsümdə "Ayntraxt"ın U-19 komandasının heytində meydana çıxdığı 8 oyunda 2 qol və 1 asistlə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı