“Atletiko”nun ulduzu “Qarabağ”dakı dostuna jest etdi - FOTO

7 Yanvar 2022 17:40 İspaniya 1 818
“Atletiko”nun ulduzu “Qarabağ”dakı dostuna jest etdi - FOTO

“İstirahət imkanı yaranan kimi Bakıdan Belqrada uçduq.

Bir müddət yaxınlarımızla dincələndən sonra xanımla Madridə yollandıq”.

“Qarabağ”ın monteneqrolu legioneri Marko Veşoviç Sportinfo.az-a açıqlamasında qış fasiləsindəki istirahəti haqda danışıb.

Monteneqro millisinin şərəfini qoruyan yarımmüdafiəçi İspaniyanın paytaxtında keçirdiyi günlərdən məmnun qalıb. Səbəbini isə hava şəraitinin əlverişli olması ilə əlaqələndirib:

“Madridə budəfəki səfərim futbolçu yox, turist qismində oldu (gülür). 10 gün orada qaldıq,

2022-ci ili orada qarşıladıq. İstirahət hər ikimizin ürəyincə oldu. Çünki hava möhtəşəm idi. Demək olar hər gün günəşli hava altında gəzirdik”.

Marko futbol şəhəri kimi tanınan Madriddəki günləri boşa verməyib.

“Qarabağ”lı fürsətdən istifadə edərək “Atletiko”nun oyununu izləməyə imkan tapıb. Bu işdə ona dostu kömək edib:

“Bildiyiniz kimi, Stefan Saviç “Atletiko”da oynayır. Həm Monteneqro millisində komanda yoldaşımdır, həm də dost münasibətimiz var.

Madriddə olduğumu bilincə, mənə “Atletiko” – “Rayo Vallekano” matçını (2:0) izləmək üçün bilet verdi.

Oyuna baxdım, stadiondakı ab-havadan zövq aldım. “Vanda Metropolitano” həqiqətən möhtəşəm arenadır. Sözün əsl mənasında dincəldim”.

Yayda “Qarabağ”la müqavilə bağlayan Marko Veşoviç Azərbaycan Premyer Liqasının ilk yarısında 13 oyunda forma geyinərək 1 qola imza atıb. Avropa Konfrans Liqasında 10 görüşün iştirakçısı olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti