Deyir ki, mənlik deyil – “Sakitəm, xəbər gözləyirəm” 

6 Yanvar 2022 10:20 İspaniya 733
Deyir ki, mənlik deyil – “Sakitəm, xəbər gözləyirəm” 

Usman Dembele ilə “Barselona” arasında aparılan danışıqlar yarımçıq dayandırılıb.

Sportinfo.az xəbər verir ki, yeni müqavilə ilə bağlı danışıqların fransız futbolçunun yüksək tələbələri ucbatından pozulduğu bildirilir.

“Barsa”nın baş məşqçisi Xavi də məsələyə münasibət bildirib:

“Ona demişəm ki, klubda qalmaq üçün səy göstərməyin lazımdır. Onun üzləşdiyi vəziyyət bundan yaxşı ola bilməzdi. Görək nə qərar verəcək.

Ümid edirəm ki, qərar verməzdən əvvəl yaxşıca fikirləşəcək. Mən sakitəm və xəbər gözləyirəm.

Bu, məndən asılı deyil. Klubdan və futbolçudan asılıdır. Özünü və gələcəyini düşünməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti