"Real" Türkiyə millisinin müdafiəçisini istəyir

4 Yanvar 2022 15:20 İspaniya 1 542
"Real" Türkiyə millisinin müdafiəçisini istəyir

"Atalanta"da çıxış edən Merih Demiralla "Real" yaxından maraqlanır.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti türkiyəli müdafiəçini sərancamında görmək istəyir.

O, rəhbərlikdən 23 yaşlı futbolçunu yayda transfer etməyi istəyib. Türkiyə millisinin üzvü "Çelsi", "Napoli" və "Nyukasl"ın da maraq dairəsindədir.

Demiral müqavilə ilə "Yuventus"a məxsusdur. "Atalanta" icarə müddəti başa çatdıqdan sonra 27 milyon avro ödəyərək futbolçunu birdəfəlik transfer edə bilər.

Merih Demiral cari mövsümdə "Atalanta"nın heyətində meydana çıxdığı 19 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti