"Deyəsən, istirahətimiz bitməyib, komandamı tanıya bilmədim, çox məyusam"

4 Yanvar 2022 10:00 İspaniya 864
"Deyəsən, istirahətimiz bitməyib, komandamı tanıya bilmədim, çox məyusam"

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqada “Xetafe”yə uduzduqları oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, italyan mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Deyəsən, istirahətimiz bitməyib. Komandamı tanıya bilmədim və çox məyusam.

Turnir cədvəlində mövqeyimiz yaxşıdır. Məğlubiyyətə baxmayaraq, nikbin olmalıyıq. Qarşıda oyunlar çoxdur”.

“Real” La Liqada liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı