Morata karyerasını "Barselona"da davam etdirəcək

4 Yanvar 2022 00:00 İspaniya 604
Morata karyerasını "Barselona"da davam etdirəcək

"Yuventus"da çıxış edən Alvaro Morata karyerasını "Barselona"da davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi müqavilə ilə "Atletiko"ya (Madrid) məxsus olan 30 yaşlı hücumçunun transferi ilə bağlı razılığa gəlib.

Forvard yanvarda "Barselona"ya keçəcək və 18 aylıq icarəyə götürüləcək. Klub La Liqadakı maaş həddidə görə hələlik Moratanın keçidini elan edə bilməyəcək.

Alvaro Morata cari mövsüm "Yuventus"un heyətində 22 oyuna çıxıb, 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!