“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Xavinin “Barselona”ya baş məşqçi təyin olunmasına münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, Pep Xaviyə inandığını deyib.
O, “Barsa”nın Xavinin rəhbərliyi altında inkişaf edəcəyini vurğulayıb: “Barsa” son 10 ildə İspaniyada çempionluqlar və digər kuboklar qazanıb.
Ona görə də narahatlığa əsasımız yoxdur. Əgər bir şey həyatımızda yoxdursa, deməli, onun bizim üçün əhəmiyyəti də olmamalıdır.
Yox, əgər indi çətin dövrlərdən keçmək lazımdırsa, o zaman, sadəcə onu keçib ən yaxşısının mütləq gələcəyinə inanmalıyıq.
İndi klubda çox layiqli idarə heyəti və yaxşı məşqçisi var. Xavi ilə şəxsən görüşməmişik, amma düşünürəm ki, o, “Barselona”nı həqiqətən sevir və onu inkişaf etdirməyə qadirdir”.

