“Çempionluq yarışındakı rəqibimiz “Barselona” deyil”

20 Dekabr 2021 10:20 İspaniya 715
“Çempionluq yarışındakı rəqibimiz “Barselona” deyil”

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqada çempionluq yarışı haqda danışıb.

Sportinfo.az xəbər verir ki, italyan mütəxəssis çempionluq mübarizəsində “Barselona” ilə yarışmadıqlarını deyib:

“Çempionluq yarışındakı rəqibimiz “Barselona” deyil. Çünki turnir cədvəlinə baxsaq, xal baxımından bizə daha yaxın olan komandalar var. Buna baxmayaraq, “Barselona” da bizə çata bilər”.

Ançelotti “Barselona”nın baş məşqçisi Xavinin “La Liqada çempion olmaq şansımız var” fikirlərinə də münasibət bildirib:

“Mən də “Barselona”nın baş məşqçisi olsaydım, Xavinin dediklərini deyərdim”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti