“Belə söz-söhbətə nə münasibət bildirim? – Adı “Barsa” ilə hallanan məşqçi

23 Sentyabr 2021 15:20 İspaniya 753
“Belə söz-söhbətə nə münasibət bildirim? – Adı “Barsa” ilə hallanan məşqçi

“Barselona”nın uğursuz çıxışı Ronald Kumanın istefaya göndəriləcəyi ilə bağlı xəbərləri aktuallaşdırıb.

Sportinfo.az xəbər verir ki, İspaniya mətbuatında Kumanın yerinə bir neçə mütəxəssisin adı hallanır.

Onlardan biri də Belçika yığmasının baş məşqçisi Roberto Martinesdir. Martines haqqında yayılan xəbərə münasibət bildirib:

“Belə söz-söhbətə nə münasibət bildirim? Şayiə həmişə olub. Bu da futbolun bir hissəsidir və normal qəbul edilir.

Şayiələrə görə, komanda 3 oyunda məğlub olursa, siz işinizi itirirsiz. Hətta qələbələr olanda da şayiələr yayılır. Amma indiki məqamda mənim nəyi isə şərh etmək üçün heç bir əsasım yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti