“Barsa”da maliyyə böhranı: “Mançester Siti”nin ulduzunun transferi təxirə salındı

30 Yanvar 2021 15:40 İspaniya 778
“Barsa”da maliyyə böhranı: “Mançester Siti”nin ulduzunun transferi təxirə salındı

“Mançester Siti”nin müdafiəçisi Erik Qarsiyanın yanvarda “Barselona”ya keçidi baş tutmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Kataloniya klubunun rəhbərliyi maliyyə çətinliklərinə görə 20 yaşlı ispaniyalının transferini təxirə salmaq istəyir.

“Barsa” Erik Qarsiyanı mövsümün sonunda, futbolçu azad agent statusuna sahib olduqdan sonra heyətinə qatmaq istəyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti