Nərimandan qol görməyən amerikanlar indi də belə etdi

22:05 Bizimkilər 169
Nərimandan qol görməyən amerikanlar indi də belə etdi

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” MLS-də növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda 14-cü tuda səfərdə “Filadelfiya” ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1.

Nəriman bu görüşdə iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

"Kolumbus Kru"nun qolunu Huqo Pikarc (10) vurub. Meydan sahiblərindən isə Milan İloski (70) fərqlənib.

“Kolumbus Kru” Şərq Konfransında 14 turdan sonra 13 xalla 15 komanda arasında 13-cüdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti