Mauro İkardi sosial media vasitəsilə “Qalatasaray”la vidalaşdı

17:20 Türkiyə 88
Mauro İkardi sosial media vasitəsilə “Qalatasaray”la vidalaşdı

”Qalatasaray”ın hücumçusu Mauro İkardi Türkiyə klubu ilə sosial media vasitəsi ilə vidalaşıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı ulduz sosial media hesabında vida yazısı paylaşıb və burada “Qalatasaray”dakı dövrünü həyatının ən yaxşı vaxtlarından biri adlandırıb. İ

kardinin klubla müqaviləsinin müddəti başa çatır.

İkardi 4 mövsüm ərzində “Qalatasaray”ın heyətində 133 matçda 77 qol vurub. O, hətta 2023/2024 mövsümündə 25 qolla Türkiyə Super Liqasının ən çox qol vuran oyunçusu olub. Futbolçu daha əvvəl “İnter” və PSJ-də çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti