Azərbaycan Premyer Liqasının IV turunda keçiriləcək “Qarabağ” – “Turan Tovuz” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən onlayn şəkildə satışa çıxarılacaq.
Sportinfo.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Biletlər sabahdan iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.
"Qarabağ" - "Turan Tovuz" qarşılaşması avqustun 24-də saat 18:15-də "Azersun Arena"da baş tutacaq.

