Azərbaycanda bütün gözlər onlarda idi - Nicat Karlsenə uduzdu

20 Avqust 2023 00:50 Şahmat 714
Azərbaycanda bütün gözlər onlarda idi - Nicat Karlsenə uduzdu

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan dünya kubokunda yarımfinal mərhələsinin ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı qrossmeyster beşqat dünya çempionu, norveçli şahmatçı Maqnus Karlsenlə üz-üzə gəlib.

Abasov qara fiqurlarla mübarizə aparıb və məğlub olub. İkinci oyun sabah keçiriləcək.

Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.

Xəbər Lenti