Paytaxt təmsilçisi 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzaladı

8 İyun 2024 01:40 İngiltərə 1 173
Paytaxt təmsilçisi 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzaladı

"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi "Fulhem"lə müqaviləsi başa çatan Tosin Adarabioyonu rənglərinə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Çelsi" 26 yaşlı mərkəz müdafiəçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb

Tosin Adarabioyo2020-ci ilin oktyabr ayından "Fulhem"də çıxış edirdi.

26 yaşlı futbolçu başa çatan mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti