Paytaxt klubu 4 oyunçu ilə yollarını ayıracaq - ADLAR

12 May 2020 00:14 İngiltərə 555
Paytaxt klubu 4 oyunçu ilə yollarını ayıracaq - ADLAR

"Çelsi" transfer dönəmində 4 oyunçu ilə yollarını ayıracaq.

Sportinfo.az xəbər verir ki, komanda heyətə yeni futbolçular cəlb etmək üçün bu addımı atacaq.

Məlumata görə, Kurt Zuma, Emerson, Ross Barkli və Mişa Batşuai satışa çıxarılacaq. Rəhbərlik bu oyunçuların satışından 113 milyon avro gəlir əldə etmək niyyətindədir.

Bununla da klub komandaya yeni isimlər cəlb edəcək. London təmsilçisi “Leytpsiq”in hücumçusu Timo Verner və “Lion”da çıxış edən Musa Dembeleni transfer etməyi düşünür.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda