Ramil "16-lığ"a düşə bilmədi, Parislə vidalaşdı

30 İyul 2024 13:40 İngiltərə 1 067
Ramil "16-lığ"a düşə bilmədi, Parislə vidalaşdı

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, o, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində çıxış edib.

Vəlizadə 28 iştirakçı arasında ilk "16-lığ"a düşə bilmə diyi üçün yarışla vidalaşmalı olub. İdmançı yekunda 25-ci yerlə kifayətlənib.

Ramil ondan qabaq təsnifat mərhələsində çıxış edib.

Vəlizadə 1-ci qrupda dörd iştirakçı arasında ikinci olub. Üzgüçü məsafəni 1 dəqiqə 59,77 saniyəyə qət edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!